Britaniyada benzinin qiyməti tarixi maksimuma çatıb

Britaniyada benzinin qiyməti tarixi maksimuma çatıb
  21 Mart 2022    Oxunub:1112
Böyük Britaniyada benzinin qiyməti Rusiyaya qarşı sanksiyalar fonunda artmaqda davam edir, hal-hazırda onun dəyəri hər litr üçün 1,67 funt-sterlinqi (2,2 dollar) keçir ki, bu da ölkənin statistika tarixində ən yüksək göstəricidir.
AzVision.az xəbər verir ki, bu barədə "The Independent" qəzeti sənaye araşdırmasına istinadən məlumat yayıb.

İndi dizel yanacağı ölkə üzrə orta hesabla litri maksimum 1,79 funt-sterlinqə (2,35 dollar) satılır. Ekspertlər qeyd edirlər ki, martın əvvəlindəki qiymətlərlə müqayisədə Avropa bazarlarında neft və qazın maya dəyərinin azalmasına baxmayaraq, Böyük Britaniyada benzinin qiyməti rekord həddə çatmaqda davam edir.


AzVision.az


Teqlər: Britaniya  





Xəbər lenti