Martın sonunadək havanın keyfiyyət göstəriciləri yaxşı olacaq

Martın sonunadək havanın keyfiyyət göstəriciləri yaxşı olacaq
  22 Mart 2022    Oxunub:1399
“Mart ayının ikinci ongünlüyündən başlayaraq küləkli və yağıntılı günlərin üstünlük təşkil etməsi havada oksigenin miqdarının artmasına, Bakı, Sumqayıt və Gəncə şəhərlərində havanın keyfiyyət göstəricilərinin yaxşılaşmasına şərait yaradıb”.
Bunu AzVision.az - a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin əməkdaşı Gülnarə Abbasova bildirib.

Onun sözlərinə görə, Bakı şəhərinin Xətai, Nizami, Səbail, Nərimanov rayonları ərazisində, Sumqayıt və Gəncə şəhərlərində fəaliyyət göstərən avtomatik stansiyalardan əldə olunan məlumatlara əsasən mart ayında havada qaz qarışıqlarının və toz hissəciklərinin miqdarı norma daxilində olub: “Yaxın günlərdə fasilələrlə az yağıntılı və küləkli hava şəraitinin proqnozlaşdırıldığını nəzərə alsaq, mart ayının sonunadək havanın keyfiyyət göstəricilərinin yaxşı olacağı gözlənilir”.

AzVision.az



Teqlər: Hava  





Xəbər lenti