“Tiffany” Rusiyadan brilyant almayacaq

   “Tiffany”    Rusiyadan brilyant almayacaq
  26 Mart 2022    Oxunub:1198
ABŞ-ın “Tiffany” zərgərlik brendi Rusiya brilyantından imtina edib.
AzVision.az xəbər verir ki, bu barədə məşhur zərgərlik satış şirkətinin yaydığı məlumatda qeyd olunur. Məlumatda bildirilir ki, “Tiffany” Rusiyadan gətirilən bütün növ xammal və emal edilmiş almazların alışını dayndırır.

"Tiffany” öz tədarükçülərinə Rusiya brilyantlarının alınmasını dayandırmağı və zərgərlik məmulatlarında istifadə edilən brilyantları Rusiya və qeyri-Rusiya mənşəli olmalarına görə ayırmağı tapşırıb.

“Tiffany”nin qadağası martın 21-dən etibarən Rusiyada çıxarılan brilyantlara şamil edilir. Şirkət Rusiya brilyantlarının mağazalarda satışının davam edib-etməyəcəyini və ya şirkətin münaqişədən əvvəl hasil olunan və hazırda hələ də kəsilmək və ya cilalamaq prosesində olan almazları ala bilib-bilməyəcəyini dəqiqləşdirməyib.

Qeyd edək ki, hazırda “Louis Vuitton Moet Hennessy”yə (LVMH) məxsus olan “Tiffany” Rusiyanın “Alrosa” şirkətinin uzunmüddətli müştərisi olub.

AzVision.az


Teqlər: Brilyant  





Xəbər lenti