Rusiya Hindistana nefti ucuz satacaq

 Rusiya Hindistana nefti ucuz satacaq
  01 Aprel 2022    Oxunub:1063
Rusiya Hindistana “Urals” markalı neftin bir barrelini 35 dollara qədər endirimlə satmağa qərar verib.
AzVision.az xəbər verir ki, bunu “Bloomberg” öz mənbələrinə istinadən məlumat yayıb. Qeyd olunub ki, bu yolla Rusiya Hindistanı yanacaq alışını artırmağa razı salmaq istəyir. Eyni zamanda, Hindistan Avropa ölkələri və ABŞ-ın təzyiqlərinə baxmayaraq, Asiyada Rusiya neftini almaqda ən çox maraqlı olan ikinci neft idxalçısıdır. Agentlik Hindistanın hazırda 15 milyon barel neft almaq üçün danışıqlar apardığını öyrənib.


AzVision.az



Teqlər: Neft  





Xəbər lenti