Rusiya qoşunları Kiyev vilayətinin şimalından qismən çıxarılır

Rusiya qoşunları Kiyev vilayətinin şimalından qismən çıxarılır
  01 Aprel 2022    Oxunub:1257
Ukrayna müdafiəçiləri gün ərzində Donetsk və Luqansk istiqamətində Rusiya qüvvələrinin 7 hücumunu dəf ediblər.
AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

"Ukrayna hərbçiləri Donetsk və Luqansk istiqamətində sutka ərzində düşmənin 7 hücumunu dəf edib. Əsgərlərimiz 3 tank, 2 zirehli transportyor, 2 maşın və 2 artilleriya sistemini sıradan çıxarıb. Orlan-10 PUA-sı da vurulub", - açıqlamada deyilir.

Baş Qərargah, həmçinin bildirir ki, Rusiya qüvvələrinin bölmələrinin Kiyev vilayətinin şimalından Belarus ilə dövlət sərhədinə qismən çıxarılması davam edir.

“Müxtəlif avadanlıqların hərəkəti qeydə alınır. Kolonun tərkibində ərazilərin müvəqqəti işğalı zamanı rus işğalçıları tərəfindən oğurlanmış mülki nəqliyyat vasitələri (yük maşınları, avtobuslar, mikroavtobuslar, minik avtomobilləri) də var. Bundan əlavə, düşmən talan edilmiş əmlakın çıxarılmasını həyata keçirir”, - Baş Qərargahdan bildiriblər.

Qeyd olunub ki, müvəqqəti işğal olunmuş ərazilərdə düşmən öz qanunsuz əməllərini davam etdirir, mülki əhalinin gediş-gəlişini məhdudlaşdırır, şəxsi heyətin yerləşdirilməsi üçün yerli sakinlərin ev və mənzillərindən istifadə edir, yerli sakinləri və fəalları girov saxlayır.

AzVision.az



Teqlər:





Xəbər lenti