Utilizasiya prosesi uzadıldı

Utilizasiya prosesi uzadıldı
  04 Aprel 2022    Oxunub:739
Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.
Bu barədə AzVision.az -a Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, döyüş sursatlarının utilizasiya prosesi 04.04.2022-ci il tarixdən 09.04.2022-ci il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək.

"Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək", - nazirlikdən bildirilib.

AzVision.az


Teqlər: MN  





Xəbər lenti