Nazir Pakistan şirkətinin rəhbəri ilə görüşüb

Nazir Pakistan şirkətinin rəhbəri ilə görüşüb
  09 Aprel 2022    Oxunub:862
Bu gün Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə tanınmış pakistanlı xeyriyyəçi, “BOL Media Group” şirkətinin sədri Ayeşa Şayx arasında görüş keçirilib.
Nazirlikdən AzVision.az -a verilən xəbərə görə, görüş zamanı xanım Şayx rəhbərlik etdiyi “BOL Media Group”un fəaliyyəti barədə geniş məlumat verib. Qeyd olunub ki, “BOL Media Group” 16 dildə yayım həyata keçirən 680-dən çox kanalın daxil olduğu şirkətlər qrupudur və 50 milyondan çox izləyicisi var. Bununla yanaşı, şirkət İKT sektorunda da fəaliyyət göstərir. “BOL Media Group” hazırda Pakistanın İT ixracının artırılması üçün yeni treninq mərkəzinin və iş platformasının yaradılması istiqamətində işlər görür.

Nazir Rəşad Nəbiyev rəqəmsal transformasiyanın Azərbaycan Hökumətinin gündəliyində vacib yer tutduğunu qeyd edib və hazırda bu sahədə görülən işlər, eləcə də perspektiv planlar barədə pakistanlı qonağa ətraflı məlumat verib.

Daha sonra iki ölkə arasında İKT sektorunda əməkdaşlıq imkanlarına, o cümlədən azərbaycanlı mütəxəssislər üçün Pakistanda təlim proqramlarının təşkilinə dair fikir mübadiləsi aparılıb.

AzVision.az



Teqlər: Nazir   Pakistan  





Xəbər lenti