Qərb Rusiya nefti və qazından imtinaya tələsmir

   Qərb Rusiya nefti və qazından imtinaya tələsmir
  11 Aprel 2022    Oxunub:1016
Avropa İttifaqının Rusiyadan gələn neft və qazdan mümkün imtinası rəsmi Moskvanın Ukraynadakı hərbi əməliyyatını dayandırmayacaq.
AzVision.az xəbər verir ki, bu barədə Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel bildirib. Onun sözlərinə görə, Aİ xarici işlər nazirləri Rusiya neftinin idxalına qadağa qoyulması imkanlarını müzakirə ediblər, lakin heç bir qərar qəbul edilməyib:

“İllüziyalara qapılmayaq: bu gün qaz və neft idxalını dayandırsaq, yaxın həftələrdə bu, Rusiya ordusunu dayandıra bilməyəcək”.

AzVision.az




Teqlər: Rusiya   Neft  





Xəbər lenti