Büdcə daxilolmaları 31% artıb - DGK

Büdcə daxilolmaları 31% artıb -    DGK
  13 Aprel 2022    Oxunub:665
Bu ilin yanvar-mart aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 1 231,941 milyon manat təşkil edib.
AzVision.az DGK-ya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30,6 % çoxdur.

Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 16% artaraq 302,536 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 39,45% artaraq 888,08 milyon manat, aksizlər üzrə daxilolmalar 18,25% azalaraq 29,19 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 18,7% artaraq 12,135 milyon manat olub.

Şahanə Rəhimli

AzVision.az


Teqlər:





Xəbər lenti