Britaniya sabahdan Rusiyadan dəmir və polad almayacaq

   Britaniya sabahdan Rusiyadan dəmir və polad almayacaq
  13 Aprel 2022    Oxunub:769
Aprelin 14-dən Böyük Britaniya hakimiyyəti Rusiyadan dəmir və polad idxalını qadağan edəcək, ölkə həmçinin Rusiya Federasiyasına bir sıra qabaqcıl texnoloji sənaye məhsullarının tədarükünü dayandıracaq.
AzVision.az xəbər verir ki, bu barədə Krallığın xarici işlər naziri Liz Trassın adından yayılan bəyanatda deyilir. "Sabahdan etibarən biz Rusiyadan dəmir və polad idxalını, həmçinin kvant texnologiyaları və qabaqcıl materialların ixracını qadağan edəcəyik", - nazir bildirib.

Rusiyadan polad məhsullarının idxalına qadağa Böyük Britaniya hökuməti tərəfindən aprelin 6-da elan edilib. Həmin gün Britaniya bazarında prokat məhsullarının qıtlığının qarşısını almaq üçün Rusiya və Belarusun polad idxal kvotalarının yenidən bölüşdürülməsi proseduruna başlanılıb. Belarus və Rusiyadan olan istehsalçıları seçə bilməyəcək kvotalar digər ölkələrin ixracatçıları arasında bölüşdürüləcək.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Britaniya  





Xəbər lenti