Rusiya qazından imtina halında Almaniyanın itkiləri hesablandı

 Rusiya qazından imtina halında Almaniyanın itkiləri hesablandı
  14 Aprel 2022    Oxunub:1051
Rusiya qazından imtina ediləcəyi təqdirdə Almaniya iqtisadiyyatı yüz milyardlarla avro itkiyə məruz qalacaq. AzVision.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Yaxın iki ildə Rusiyadan enerji təchizatının dərhal dayandırılması şərti ilə AFR və onun sənayesi kəskin tənəzzüllə təhdid olunur.
Xüsusilə, proqnozlara görə, hasilatın 220 milyard avro azalacağı gözlənilir. Kil Dünya İqtisadiyyatı İnstitutunun vitse-prezidenti Ştefan Kots bildirib ki, Ukrayna münaqişəsindən yaranan problemlər həm təklif, həm də tələb tərəfində iqtisadi fəaliyyətə zərbə vuracaq. Almaniyada 2022-ci ildə iqtisadi artım cəmi 2,7%, payızda 4,8% proqnozlaşdırılıb, inflyasiya 6,1% olacaq.

Ekspertlərin proqnozlarına görə, 2022-ci ildə ÜDM artımı bu il 1,9%-ə, 2023-cü ildə daha 2,2%-ə enə bilər, ən güclü iqtisadi tənəzzül isə gələn ilin ikinci rübündə - demək olar ki, mənfi 5%-lə gözlənilir. Rusiya ordusunun Ukraynada keçirdiyi hərbi əməliyyata cavab olaraq Moskvaya qarşı genişmiqyaslı sanksiyaların tətbiqindən sonra Almaniya digər Qərb ölkələri kimi yanacağın qiymətində kəskin artımla üzləşib.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Almaniya   Rusiya  





Xəbər lenti