Bu il 30 milyardlıq ÜDM istehsal olunub

   Bu il 30 milyardlıq ÜDM istehsal olunub
  14 Aprel 2022    Oxunub:1194
Bu ilin yanvar-mart aylarında Azərbaycanda 30 037 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 6,8 % çox ümumi daxili məhsul istehsal olunub.
AzVision.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,6 %, qeyri neft-qaz sektorunda isə 10,3 % artıb.

ÜDM istehsalının 54,1 %-i sənaye, 7,9 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 5,8 %-i nəqliyyat və anbar təsərrüfatı, 3,7 %-i tikinti, 2,2 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,3 %-i informasiya və rabitə, 1,3 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 15,7 %-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 8 %-ni təşkil edib.

İl ərzində ölkədə adambaşına düşən ÜDM-in dəyəri isə 58,2% artaraq 2 991 manat olub.

AzVision.az


Teqlər:





Xəbər lenti