"Azəristiliktəchizat": "İstilik tariflərini artırmaq olar, əhali də razıdır"

      "Azəristiliktəchizat":    "İstilik tariflərini artırmaq olar, əhali də razıdır"
  15 Aprel 2022    Oxunub:1219
"Biz istehlakçılar arasında sorğu keçirib monitorinq aparmışıq. Tarifi 15 qəpikdən 22-25 qəpiyə qaldırmaq olar, əhali buna razıdır".
AzVision.az xəbər verir ki, bunu "Azəristiliktəchizat" ASC-nin sədrinin vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyev bildirib. Onun sözlərinə görə, xidmətin keyfiyyətinin yüksəldilməsi, istilik haqlarının 100 % yığılması və xərclərin optimallaşdırılması ilə istilik təsərrüfatının normal fəaliyyətini təmin etmək vacibdir: "Amma istilik təchizatı sosial yönümlü olduğu üçün tariflərin artırılması barədə müraciət etməmişik və artım gündəmdə deyil".


AzVision.az


Teqlər:





Xəbər lenti