Ölkəyə gətirilən buğdanın dəyəri artıb, həcmi isə azalıb

   Ölkəyə gətirilən    buğdanın dəyəri artıb, həcmi isə azalıb
  18 Aprel 2022    Oxunub:702
Bu ilin yanvar-mart ayları ərzində Azərbaycana 62 391,26 ABŞ dolları dəyərində 182 864,17 ton buğda idxal edilib.
AzVision.az -ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 30,6% artıb, həcmi isə 2,7% azalıb.

Qeyd edək ki, bu ilin ilk üç ayı ərzində buğda idxalı Azərbaycanın ümumi idxalının 2,13%-nə bərabər olub.

AzVision.az



Teqlər: Buğda  





Xəbər lenti