Azərbaycanda yolların 40%-i rahat və təhlükəsiz deyil - RƏSMİ

   Azərbaycanda yolların 40%-i rahat və təhlükəsiz deyil -    RƏSMİ
  20 Aprel 2022    Oxunub:1151
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) balansında olan asfalt-beton örtüklü avtomobil yollarının uzunluğunda illər üzrə artım müşahidə olunsa da, 2020-ci ilin sonuna olan məlumatlara əsasən qeyri-asfalt-beton yollarının uzunluğu 6 713,3 km (o cümlədən 919,3 km olan qara, 5 738 km olan çınqıl-qırmadaş, 56 olan torpaq örtüklü) təşkil edib.
AzVision.az xəbər verir ki, bu barədə Hesablama Palatasının ötənilki fəaliyyəti haqqında hesabatıda bildirilir. Sənədə əsasən, bu da yolların ümumi uzunluğu 37,9%-lik əhəmiyyətli hissəsində yol hərəkətinin iştirakçılarına daha rahat və təhlükəsiz hərəkət etmələri üçün zəruri şəraitin hələ də yaradılmadığını göstərir.

AAYDA 2020-ci ildə 29,8 mln manat vəsait bank kreditləri üzrə ödənişlərə (o cümlədən kreditlərin əsas məbləği üzrə 19,8 milyon manat, faizləri üzrə 9,9 milyon manat) yönəldilib ki, bu da əvvəlki illərin təcrübəsinin də göstərdiyi kimi avtomobil yollarının və onlarla əlaqədar müəssisələrin qurğularının, təhkim zolaqlarının istifadəsi və saxlanması (təmiri) ilə bağlı xərclərin qarşılanmasında müəyyən məhdudiyyətlər yaradıb.

AzVision.az



Teqlər: Hesablama-Palatası   AAYDA  





Xəbər lenti