Rusiyanın defolt təhlükəsi yoxdur

Rusiyanın defolt təhlükəsi yoxdur
  21 Aprel 2022    Oxunub:1304
“Rusiyanın lazımi maliyyə resursları var, ölkənin defolt təhlükəsi yoxdur”.
AzVision.az xəbər verir ki, bunu Rusiya Federasiyası Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina Dövlət Dumasında deyib. “Rusiyanın bütün lazımi maliyyə resursları var, heç bir defolt bizi təhdid etmir”, - deyə o, deputatların suallarını cavablandıarakən deyib.

Rusiya Federasiyası Maliyyə Nazirliyinin məlumatına görə, 2022-ci il fevralın 1-nə Rusiyanın xarici dövlət borcu 59,5 milyard dollar, o cümlədən xarici istiqrazlı kreditlər üzrə borc 38,97 milyard dollar təşkil edib. Ümumilikdə, Rusiyanın 2022-ci ildən 2047-ci ilə qədər ödəmə müddəti olan 15 aktiv istiqrazlı krediti var.

Bundan əvvəl maliyyə naziri Anton Siluanov bildirmişdi ki, Rusiya xarici valyutada olan borcunu yalnız valyuta hesabları dondurulacağı təqdirdə ödəyəcək. Agent banklar imtina və ya cavab vermədikdə, Rusiya rublla valyuta öhdəliklərini ödəməyə və xidmət göstərməyə hazırdır.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Rusiya   Defolt  





Xəbər lenti