Nazirlik insan alveri qurbanlarına yardım edəcək

Nazirlik insan alveri qurbanlarına yardım edəcək
  22 Aprel 2014    Oxunub:1040
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin tabeliyindəki İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi bu günlərdə Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə İdarəsi tərəfindən daxil olan məlumat əsasında 17 nəfər insan alveri qurbanına müvafiq yardımların göstərilməsinə başlayıb.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, həmin şəxslərin əmək bazarının tələblərinə uyğun peşələrə yiyələnməklə, məşğulluqlarının təmin edilməsi, lazım gəldikdə sosial yardımla təmin olunmaları da diqqətdə saxlanacaq.

Cari ilin ilk rübü ərzində isə Mərkəz DİN-in Alverinə Qarşı Mübarizə İdarəsi tərəfindən yönləndirilmiş 4 nəfər insan alveri qurbanına və 11 nəfər insan alverinin potensial qurbanına maddi, hüquqi-psixoloji yardımlar göstərilib, həmçinin 2 nəfəri münasib işlərlə, 2 nəfəri sosial xidmət müəssisəsində yaşayış yeri, 3 nəfəri ünvanlı dövlət sosial yardımı ilə təmin olunub.




Teqlər:





Xəbər lenti