Çəkindirmənin gücü, yaxud bizim məsuliyyətimiz

      Çəkindirmənin gücü, yaxud bizim məsuliyyətimiz
  09 İyun 2022    Oxunub:4296
İnsanlarımızı minalardan qorumaqda ən kəsərli vasitələrdən biri ictimai çəkindirmə üsulları ola bilər. İnsanların bir-birinə təsiri çox güclü amildir. Medianın, qurumların, mütəxəssislərin dedikləri yaddan çıxa, bəzi hallarda skeptik şəxslər tərəfindən qəbul edilməyə bilər. Amma hamı üçün mütləq avtoritet olan, sözündən keçilməyən doğmalar, dostlar, əzizlər var.
Bu halda bir şeyi başa düşmək lazımdır: Azad olunmuş ərazilərə gedən bütün dostlarımız, doğmalarımız üçün biz də məsuliyyət daşıyırıq. Onlara hər fürsətdəcə ehtiyatlı olmağın vacibliyini xatırlatmalıyıq. Efirdə eşitdiyi məlumat bir atanın yadından çıxa bilər, amma övladının dediyi daim ağlında olacaq. Sosial şəbəkədə gördüyü paylaşıma bir oğul etinasız yanaşa bilər, amma anasının xahişinə elə yanaşmayacaq...

Ona görə, unutmayaq: azad edilmiş ərazilərə gedən yaxınlarımız, doğmalarımız üçün biz də məsuliyyət daşıyırıq! Hamımızın bildiyi sadə həqiqətləri onlara daim xatırladaq, xatırladaq, xatırladaq...


Teqlər: Mina   Təhlükə  





Xəbər lenti