Bələdiyyə üzvlərinin 27 faizi qadınlardır
Hazırda ölkə parlamentinin 16, bələdiyyə üzvlərinin isə 27 faizinin qadınlardan ibarət olduğunu bildirən Şura sədri layihənin icrası zamanı bu kimi nümunələrin dünyaya obyektiv şəkildə tanıdılmasının vacibliyini vurğulayıb. Anna-Mariya Lizin Şuranın xarici QHT-lər üçün qrant proqramı çərçivəsində icra etdikləri layihənin Azərbaycanda qadın hüquqlarının müdafiəsi işi, onların qərarların qəbulunda oynadığı rolunun vəziyyətinə dair araşdırmalar apardıqlarını və ölkəmizi sivil, demokratik ölkə kimi müsəlman dövlətlərinə nümunə hesab etdiklərini bildirib.
Layihənin koordinatoru qadınların qərarların qəbulunda və bütövlükdə cəmiyyət həyatında oynadığı rolu, Azərbaycanın müsbət təcrübəsini yaxından öyrənmək, yerli şəraitlə tanış olmaq üçün Bakı, Şirvan və Qəbələdə qadın hüquqlarını müdafiəsi üzrə ixtisaslaşmış QHT-lərlə, icra və bələdiyyə strukturlarında təmsil olunan qadınlarla görüşlər keçirəcəklərini deyib.
Tərəflər görüşdə layihənin icrası ilə bağlı ortaya çıxan məsələlərə dair fikir mübadiləsi aparıblar.
Teqlər: