Mingəçevirdə qaydaları pozan 35 sürücü cərimələndi
Şəhər ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə yol polisinin apardığı yoxlamalar zamanı avtomobillərin texniki vəziyyətinə qanunsuz müdaxilə edərək əlavə avadanlıqlar quraşdıran, sürət həddini aşan, qarşı hərəkət zolağına çıxan bir neçə sürücü aşkarlanıb. Onlar məsuliyyətdən yayınmaq üçün müxtəlif bəhanələr gətirməyə çalışsalar da, yol polisi qanunvericiliyin tələbləri barədə onlara ətraflı məlumat verib və barələrində inzibati protokol tərtib edib.
Həmçinin keçirilən tədbirlər zamanı sürücülük hüququ olmadan nəqliyyat vasitəsi idarə edən, avtomobilində konstruksiya dəyişikliyinə yol verən sürücülər də polis əməkdaşları tərəfindən müəyyən olunub. Onların avtomobilləri özlərinin də iştirakı ilə müvəqqəti duracağa yerləşdirilib və ümumilikdə 35 sürücü barəsində inzibati protokol tərtib edilib.
AzVision.az
Teqlər: