Türkiyəli deputat: “Erməninin ağlı mənə lazım deyil”
“Siyahıda erməninin də adı var, guya ki, ağıllıdır. Onun ağlını yeyərəm. Ermənin ağlı mənə lazım deyil. Bir erməni bir türk üçün nə düşünər? Türkiyədə erməni vətəndaşlarımız var, onlara hörmət edirəm və sevirəm. Dünənə qədər dövlətə qarşı olan, türk millətindən qisas almaq istəyən insanları aqil adam deyə seçiblər”-deyə, millət vəkili sərt danışıb.
Qeyd edək ki, PKK terror təşkilatı ilə sülh danışıqları prosesinin müzakirə ediləcəyi “Aqil insanlar”ın siyahısı tutulub. Və sülh danışıqlarında bir çox tanınmış akademik, jurnalist, yazıçı, aktyor və müğənninin fikirlərindən istifadə olunacaq.
Sevinc İltifatqızı