Livanda təyyarələrdə peycer və ratsiyaların daşınması qadağan edilib

Livanda təyyarələrdə peycer və ratsiyaların daşınması qadağan edilib
  19 Sentyabr 2024    Oxunub:367
Məlumata görə, bu qadağalar Beyrut Beynəlxalq Hava Limanından keçən hər cür yükə - həm baqaj, həm də əl yükünə aiddir.
AzVision.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Əl-Cəzirə" məlumat yayıb.

Peycer və ratsiyalar aşkarlandıqda, hava limanının təhlükəsizlik xidməti tərəfindən müsadirə ediləcək. Bu tədbirlər Livanda 2 gün ərzində peycer və digər cihazların partlamasından sonra görülüb.

Qeyd edək ki, partlama nəticəsində 4 min nəfərdən çox yaralanıb, onlarla insan isə həyatını itirib.

AzVision.az



Teqlər:





Xəbər lenti