Bloomberg: "Neftin qiyməti 65 dollara düşə bilər"

Bloomberg: "Neftin qiyməti 65 dollara düşə bilər"
  05 İyul 2022    Oxunub:1409
Amerikanın Citigroup bankının analitikləri hesab edirlər ki, 2022-ci ilin sonuna kimi Brent markalı neftin qiyməti 65 dollar/barelə, 2023-cü ilin sonunda isə mümkün tənəzzül səbəbindən tələb azalmağa başlayarsa, qiymət 45 dollar/barelə düşə bilər. .
Bu barədə Bloomberg bank məlumatlarına istinadən məlumat yayıb. "Neft üçün tarixən tələb yalnız ən pis qlobal tənəzzüllər zamanı mənfi olur. Lakin neftin qiyməti istənilən tənəzzül zamanı marjinal xərclərə qədər enir", - qeyd olunub.

Ekspertlər qeyd ediblər ki, proqnozlaşdırılan ssenari OPEC+ ölkələrinin neft bazarlarına müdaxilə etməməsi, həmçinin neft resurslarına investisiyaların azalması halında baş verə bilər.

AzVision.az



Teqlər: Neft  





Xəbər lenti