Davudoğlu “Mavi Mərmərə”yə görə İsrailə gedir
Türk-Ərəb İqtisadi Forumu üçün İstanbula gələn Davudoğlu açıqlamasında, həmin səfərin əsas mahiyyətinin təzminat məsələsi olduğunu bildirib.
Qeyd edək ki, danışıqlar üçün İsraillli nümayəndələrinin Türkiyəyə səfər edəcəyi bildirilsə də, həmin səfər baş tutmayıb.
Məlumat üçün bildirək ki, may ayının 31-də İsrail əsgərlərinin Mavi Mərmərə gəmisinə basqın etməsi nəticəsində 9 Türk vətəndaşı həyatını itirib. İsrail əsgərlərinin təşkil etdiyi bu hücuma görə, 4 komandir ağır şəkildə mühakimə olunub.
Qeyd edək ki, İsrailin eks baş naziri Ehud Olmert həmin basqnla bağlı çıxış edərək bildirmişdi ki, əgər hazırki nazir mən olsaydım, Türkiyə vətəndaşlarının ölümünə görə, Rəcəb Tayyib Ərdoğandan və türk xalqından üzr istəyərdim.
Mirvari