Ukraynada prezident seçkiləri ləğv edilir?
Timoşenkonun sözlərinə görə, bəzi deputatlar vətəndaşların birbaşa seçki hüququnu məhdudlaşdıraraq, bütün hakimiyyətin parlamentdə cəmlənməsini istəyirlər.
Demokratik qüvvələrdən prezidentliyə vahid namizədi dəstəkləmək istəməməsinə gəlincə isə Timoşenko bildirib ki, Ukraynada oliqrax klanları birləşib və öz namizədini prezident vəzifəsinə gətirmək istəyirlər: “Bu gün bütün oliqarxların nümayəndələri Ukrayna parlamentində cəmləşib və hazırda prezidentin parlament tərəfindən seçilməsi, onun səlahiyyətlərinin məhdudlaşdırılaraq parlamentə verilməsi məsələsini aktiv şəkildə müzakirə edirlər”.
Eldar
AzVision.az
Teqlər: