Bu həftə Ukrayna limanları blokadadan azad edilə bilər

   Bu həftə Ukrayna limanları blokadadan azad edilə bilər
  18 İyul 2022    Oxunub:1037
Bolqarıstan və Rumıniya ərazisindən Ukrayna taxılının ixracı kifayət deyil.
Bunu Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell deyib.

“Mən ümid edirəm ki, bu həftə Odessa və Ukraynanın digər limanlarının blokadadan azad edilməsi ilə bağlı razılaşma əldə olunacaq”, - deyə avropalı diplomat bildirib.

İyulun 13-də İstanbulda Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayəndələrinin, habelə Rusiya, Türkiyə və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə Qara dəniz limanlarından Ukrayna taxılının ixracı məsələsi ilə bağlı ilk danışıqlar aparılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti