Zəhərli metalları bədəndən necə çıxaraq? - Xüsusi məhsullar

   Zəhərli metalları bədəndən necə çıxaraq? -    Xüsusi məhsullar
  20 İyul 2022    Oxunub:1112
Düzgün qidalanma qaraciyəri təmizləməyə və onun işinə kömək edə bilər.
AzVision.az xəbər verir ki, diyetoloq, endokrinoloq, psixoloq Anton Polyakov Ura.ru-ya müsahibəsində qaraciyərin sağlamlığını qorumağın yollarından danışıb.

“Hepatoprotektorlar kimi dərmanlar qrupu var. Bunlar əsas fosfolipidləri ehtiva edən preparatlardır. Bu fosfolipidlər soya, günəbaxan, yumurta kimi qidalarda olur. Qaraciyərin sağlamlığı üçün mütəmadi olaraq, xüsusən də artan stresslə qarşılaşdıqda, lesitinlə zəngin qidalar, ya da lesitinin özünü qəbul etmək faydalı olacaq” , - həkim bildirib.


O qeyd edib ki, qida rasionuna sağlam omeqa-3 yağları ilə zəngin qidaların daxil edilməsi də vacibdir: yağlı balıqlar, kürü, kətan yağı, həmçinin lif və probiyotiklər.

Mütəxəssis vurğulayıb ki, qaraciyəri öd kisəsindən ayrı hesab etmək olmaz və öd axınının pozulması orqanın funksiyalarına mənfi təsir göstərə bilər, hətta onu zədələyə bilər. Buna görə xoleretik təsiri olan məhsullar uyğun görülür.

Bundan əlavə, qaraciyər bədənə daxil olan qidaları daim zərərsizləşdirir, yəni “zəhərli komponentlərin bağlanmasını təmin edən” qidalara ehtiyacı var. Təbii detoksifikatorlardan Polyakov moruq və narı qeyd edib. Onun sözlərinə görə, onların tərkibində zəhərli metalları bədəndən çıxara bilən turşu var. /publika.az/


Teqlər:





Xəbər lenti