Putin ədəbiyyatla məşğul olacaq

Putin ədəbiyyatla məşğul olacaq
  06 Aprel 2013    Oxunub:1361
"Bu postda əbədi deyiləm. Bir gün mən də siyasətdən gedəcəm".
Belə bir açıqlama ilə Rusiya prezidenti Vladimir Putin çıxış edib. Almaniya telekanallarından birinə müsahibə verən dövlət başçısı sonrakı karyerası barədə danışarkən qeyd edib ki, istefadan sonra siyasətdən çəkiləcək və yeni sevdiyi işlə məşğul olacaq. Onun sözlərinə görə gələcəkdə hüquq və ədəbiyyat araşdırmaçısı olmağı düşünür.

Bu iki sahəni çox sevdiyini deyən Putin idman sahəsində də özünü sınaya biləcəyini istisna etməyib. Müsahibə zamanı o 1999-cu ildən bu yana hakimiyyətdə olması məsələsinə də toxunub.

Prezident bildirib ki, onu vəzifə düşkünü adlandıran bəzi Avropa dövlətlərini başa düşmür. "Məndən də çox hakimiyyətdə olan liderlər olub. Lakin belələrinin iqtidarda olması heç kimi narahat etməyib və heç vaxt da bu barədə danışılmayıb".


Teqlər:  





Xəbər lenti