İran və “altılıq” ölkələri yenə toplandı

İran və “altılıq” ölkələri yenə toplandı
  06 Aprel 2013    Oxunub:1360
İran və “altılıq” ölkələri bu dəfə Qazaxıstan paytaxtında bir araya gəlib.
İran və "altılıq" ölkələri arasında İslam Respublikasının nüvə proqramı ilə bağlı bu gün Almaatada başlanan danışıqlar 2 saatdan çoxdur ki, davam edir.

“İnterfaks”ın Qazaxıstan müxbirinin məlumatına görə, hələ heç kim danışıqların nəticələri barədə konkret fikir söyləməyib. Görüşü izləyən mətbuat nümayəndələri görüşün uzana biləcəyini ehtimal edir.

Qeyd edək ki, rəsmi Tehranın Qazaxıstanda aparıcı ölkələrə danışıqlar zamanı "konkret planlar" təklif etməsi barədə yaydığı məlumatı şərh edən diplomatlar bu təkliflərin Moskva görüşü zaman "altılıq" ölkələri tərəfindən qəbul edilməyən təkliflərin yenidən işlənmiş forması olduğunu qeyd ediblər.



Teqlər:  





Xəbər lenti