Vətən müharibəsi iştirakçısını öldürən tutuldu

   Vətən müharibəsi iştirakçısını öldürən tutuldu
  17 Avqust 2022    Oxunub:1324
Bakıda Vətən müharibəsi iştirakçısını qətlə yetirən şəxs həbs edilib.
Bu barədə AzVision.az -a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Daxil olmuş sorğulara cavab olaraq bildiririk ki, avqustun 15-də paytaxtın Nəsimi rayonu, 3-cü Alatava ərazisində Niyaməddin Muradovun qəsdən öldürülməsi faktı ilə bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə əməl həmin məcəllənin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsinə tövsif olunmuş, cinayəti törətməkdə şübhəli bilinən Bəxtiyar Qarayev qeyd edilən maddə ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.

Qeyd edək ki, qətlə yetirilən Niyaməddin Muradov Vətən müharibəsi iştirakçısıdır. O, “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib.

AzVision.az



Teqlər: Həbs  





Xəbər lenti