Oğurluq edib yandırdığı evin sahibləri tərəfindən döyüldü

   Oğurluq edib yandırdığı evin sahibləri tərəfindən döyüldü
  18 Avqust 2022    Oxunub:1142
Zaqatala rayonunda keçmiş məhkum döyülüb.
Ramazan Tahir oğlu Bədəlov iki nəfər tərəfindən döyüldükdən sonra Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. R.Bədəlov bir neçə il əvvəl tanışı ilə əlbir olaraq ona xəsarət yetirən həmkəndlisinin evindən oğruluq edib, daha sonra onlar evi yandırıblar.

Həmin oğurluq edilən evin sahibləri onu döyüblər. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov bildirib ki, tərəflər Rayon Polis Şöbəsinə dəvət olunub: “Mübahisənin hansı zəmində baş verməsi ilə bağlı təhqiqat araşdırmaları aparılır”. (Oxu.az)

AzVision.az





Teqlər:





Xəbər lenti