Simferopol Ağ Məscid olacaq

Simferopol Ağ Məscid olacaq
  01 May 2014    Oxunub:1126
Krım rəhbərliyi türk adlarını geri qaytarır
Kırım rəhbərliyi tarixi toponimlərin geri qaytarılmasında maraqlıdır. Azvision.az-ın məlumatına görə, bu barədə Respublika rəhbəri vəzifəsini icra edən Serqey Aksyonov Krımda tələbələrin qarşısında çıxış edən zaman bildirib

“Kırımın tarixi toponimlərinin qaytarılması prosesi yarımada ərazisində yaşayan bütün xalqlara qarşı tarixi ədalətin bərpa edilməsidir”. –deyə Aksyonov bildirib.

Qeyd etmək lazımdır ki, Krım tatarlarının saytlarında tarixi toponimlərin adları var. Belə ki, bu saytlarda Simferopol şəhərinin adı Ağ Məscid olaraq göstərilir.


Eldar
AzVision.az



Teqlər:





Xəbər lenti