Zəlzələnin yaratdığı gözəllik: Maralgöl FOTOLAR

Zəlzələnin yaratdığı gözəllik:    Maralgöl    –    FOTOLAR
  31 Avqust 2022    Oxunub:5936
Maralgöl Azərbaycanın Göygöl rayonundakı dağ göllərindən biridir. Göl 1902 m. yüksəklikdə yerləşir. Sahəsi 23 hektara yaxındır.

Bu əsrarəngiz mənzərə 12-ci əsrdə baş vermiş dağıdıcı zəlzələdən sonra yaranıb. Maralgöl axar sulu hövzədir, ondan keçən Yuxarı Ağsu çayı Göygölə axır. Ümumilikdə Maralgölə 5 kiçik çay axır. Gölün maksimal dərinliyi 61 metrdir.


Bu göl haqqında çoxlu əfsanələr var. Onlardan birinə görə, Gəncə xanı həmişə yaz-yayı Kəpəzin yamaclarında keçirirmiş. Xanın sürüsünü otaran gənc çobanın sevdiyi Maral adlı bir qızı varmış. Maral da onu sevirmiş, amma şərt qoyubmuş ki, kim Kəpəzin qoynunda quruyan gözəl gölə su aparsa, ona ərə gedəcək. Aşiq gənc qızın arzusunu yerinə yetirir. Bundan sonra onun çəkdiyi çeşmə “Xan qızı bulağı”, göl isə Maralgöl adlanır.


Qalereya




Teqlər: Maralgöl  





Xəbər lenti