Türkmənistan pulsuz benzini ləğv edir
Bu barədə prezident sərəncamı aprelin 29-da mətbuatda dərc edilib. Sərəncamda göstərilir ki, yeni qaydaların əsas hədəfi “milli iqtisadiyyatın artmasının saxlanılmasına və neft məhsullarının məqsədəuyğun şəkildə istifadə olunmasına nail olmaqdır”.
Qeyd edək ki, 2008-ci ildən etibarən Türkmənistanda hər bir avtomobil sürücüsü 120 litr pulsuz yanacaq almaq hüququna malik idi.
Hazırda Türkmənistanın 5,5 milyon əhalisi var. Su, elektrik və təbii qaz pulsuz olaraq ölkə vətəndaşlarına verilir
Eldar
AzVision.az
Teqlər: