Ziyafət Əsgərov: “Bu, böyük ədalətsizlikdir”

Ziyafət Əsgərov: “Bu, böyük ədalətsizlikdir”
  07 May 2014    Oxunub:1703
“Vaxtilə keçmiş SSRİ-də Bakı şəhərinə “Qəhrəman şəhər” statusunun verilməməsi böyük ədalətsizlik idi."
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov deyib.

O bildirib ki, böyük Vətən müharibəsində qələbənin əldə edilməsində Bakının daha böyük rolu olub:

“Müharibə dövründə SSRİ-ni 90 faiz neft və yanacaqla Bakı təmin edib. Ancaq elə şəhərlər var ki, onların Böyük Vətən Müharibəsinin uğurla başa çatmasında Bakı ilə müqayisədə çox az rolları olub. Bununla belə, onlara “Qəhrəman şəhər” statusu verilib. Ona görə də Bakıya “Qəhrəman şəhər” statusunun verilməməsini böyük ədalətsizlik sayıram."

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti