Heydər Əliyevin ad günü Təbrizdə qeyd olunub

Heydər Əliyevin ad günü Təbrizdə qeyd olunub
  10 May 2014    Oxunub:1388
Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar rəsmi qəbul keçirilib.
Azərbaycan Respublikasının Təbrizdəki baş konsulu Əli Əlizadə rəsmi qəbulda çıxış edərək Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında və dövlət quruculuğu sahəsində göstərdiyi misilsiz xidmətləri, Azərbaycan həqiqətlərinin, təcavüzkar Ermənistan dövlətinin Azərbaycan torpaqlarını işğal etməsi faktlarının dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara çatdırılmasına yönəlik gərgin diplomatik fəaliyyəti barədə məlumat verib.

Rəsmi qəbulda İran İslam Respublikasının Şərqi Azərbaycan Vilayətinin dövlət rəsmiləri, Türkiyə Respublikasının Təbrizdəki baş konsulu və Baş Konsulluğunun əməkdaşları, Təbrizdə yaşayan Azərbaycan Respublikası vətəndaşları və şəhər ictimaiyyətin nümayəndələri iştirak ediblər.


Teqlər:





Xəbər lenti