Faşizm bacılığı: Fransa-Ermənistan cütlüyü Azərbaycan-İsrail dostluğuna qarşı - TƏHLİL

  Faşizm bacılığı:  Fransa-Ermənistan cütlüyü Azərbaycan-İsrail dostluğuna qarşı -  TƏHLİL
  16 Noyabr 2022    Oxunub:2954
Fransa parlamentinin yuxarı palatası - Senat beynəlxalq hüquq normalarına zidd olaraq Azərbaycana qarşı qərəzli qətnamə qəbul edib. Azərbaycanı Ermənistana qarşı “hərbi təcavüzdə” günahlandıran bu sənəd Fransa hökumətini Bakıya qarşı bir sıra iqtisadi sanksiyalar tətbiq etməyə çağırır.
Uzun, kobud bir yol

Fransa Senatının Azərbaycanın dövlət suverenliyi və ərazi bütövlüyü prinsiplərini pozan qətnaməsi rəsmi Parisin ölkəmizə qarşı ilk qərəzli addımı deyil. Təxminən 30 il ərzində ATƏT-in Minsk qrupunun digər iki həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli üçün əlini ağdan-qaraya vurmayan Fransa Azərbaycan hərbi yolla problemi çözəndən sonra böyük canfəşanlıqla meydana atıldı. Özü də ifrat ermənipərəst mövqedən çıxış etməklə.

Vətən müharibəsində Azərbaycanın qələbəsindən cəmi 5 gün sonra, 2020-ci il noyabrın 15-də Fransa Senatı “DQR”in müstəqilliyinin tanınmasına çağıran qətnamə qəbul etdi. Elə həmin il dekabrın 3-də Fransanın Milli yığıncağı və parlamentin aşağı palatası anti-Azərbaycan ruhlu daha bir qətnamənin qəbulu ilə “fərqləndi”.

Bunları nəzərə alanda sentyabrın 12-13-də Azərbaycan-Ermənistan dövlət sərhəddində erməni tərəfin silahlı təxribatlarına layiqli cavabdan dərhal sonra 6 deputatın Fransa Senatına təqdim etdiyi qərəzli qətnamənin qəbul olunacağı əslində heç bir şübhə doğurmurdu. Bütün dünya azərbaycanlılarının bu qərəzli sənədin səsverməyə çıxarılmasına qarşı təşkil etdikləri protest petisiyası qısa müddət ərzində 100 mindən artıq imza toplasa da, Fransa parlamenti və Xarici İşlər nazirliyinin laqeydliyi təşəbbüsün ölkə prezidenti E.Makrondan gəldiyini sübuta yetirir. Konstitusiyaya görə, xarici siyasət, təhlükəsizlik və müdafiə məsələləri məhz hökumətin, yəni bilavasitə Fransa prezidentinin səlahiyyətlərinə daxildir. Bu sahələrə aid qərar və qətnamələr əvvəlcə prezident administarsiyasına göndərilir və yalnız oradan xeyir-dua veriləndən sonra parlamentdə onların müzakirəsinə başlanılır.


Sözügedən qətnamənin müzakirəyə çıxarılması ərəfəsində Makronun xüsusi hüsn-rəğbət bəslədiyi Ermənistan parlamentinin vitse-spikerinin və xarici işlər nazirinin bir-birinin ardınca "böyük bacılarını" ziyarət etməsi Yelisey sarayının qərəzli anti-Azərbaycan qətnaməsinin hazırlanmasına və qəbuluna "yaşıl işıq" yandırdığının daha bir sübutudur.

Dost dosta tən gərək

Məşhur bir kəlamda deyilir ki, dostunu göstər, kim olduğunu deyim. Bu prizmadan yanaşanda tarixi faktlar faşist xislətli Ermənistana Fransanın “heyranlığının” əsl mahiyyətini faş edir. Belə ki, 1940-cı ilin iyulundan 1945-ci ilin aprelinədək Fransada yaradılan Vişi kollabarant rejimi İkinci Dünya müharibəsində faşizmin törətdiyi cinayətlərin müəlliflərindən biri kimi tarixə düşüb. Müharibənin əvvəllərində Fransanın tələm-tələsik məğlubiyyətindən və Parisin təslim olmasından sonra ölkənin cənubunda yaradılan Vişi rejimi Fransanın Şimalını və Atlantik okeanı sahilini işğal etmək üçün faşist Almaniyasına öz xeyir-duasını da verdi. Ölkədə diktaturanın yaradılması barədə qərar çıxaran Fransanın Milli yığıncağı bu səlahiyyətləri marşal Anri Filipp Petenə həvalə etdi.

Amma Fransada faşist rejiminin bərqərar olamsı heç də yalnız ölkənin İkinci Dünya müharibəsində məğlubiyyət ilə bağlı deyil. Fransada faşizmin rüşeymləri Birinci Dünya müharibəsindən sonra formalaşmağa başlasa da, hələ 1899-cu ildə şair-publisist Şarl Morrasın rəhbərliyi altında katolikçilik və monarxiyaçılıq meyilli ifrat sağçı “Fransa hərəkəti” liqası yaradıldı. Bu liqanın ideologiyası "inteqrasiya olunmuş millətçilik" idi.


1924-cü ildən Fransada şərab istehsalçısı Pyer Tettencenin lideri olduğu “Vətənpərvər gənclər” royalist liqası fəaliyyət göstərməyə başladı.
1927-ci ildə polkovnik Fransua de Rokun rəhbərlik etdiyi “Alovlu xaçlar” adlı veteranlar təşkilatı təsis olundu. 1928-ci ildən 1936-cı ilə qədər təkilatın üzvlərinin sayı 500-dən 700.000 çatdı.


Daha çox ənənəvi mühafizəkarlıq və millətçilik ideologiyalarıının daşıyıcısı olan belə təşkilatlarda sağ millətçilik və faşizm tendensiyaları get-gedə güclənməyə başladı.
Nasional-sosialistlərin 1933-cü ilin əvvələrində Almaniyada hakimiyyətə gəlməsi Fransadakı ifrat sağçıların fəallaşmasına təkan verdi. Sahibkar Fransua Koti “Fransız həmrəyliyi” liqasını yaratı. “Fransa hərəkəti” ilə əməkdaşlıq edən bu liqa italyan faşizminin və alman nasizminin estetikasını yamsılayırdı: liqanın üzvləri mavi köynəklər geyinir, əllərini qaldıraraq salamlaşır, “Fransa fransızlar üçün” şüarını səsləndirirdilər.

Maraqlıdır ki, şağ radikalizm Fransanın solçu və sosialist siyasi seqmentində də çiçəklənməyə başladı. Dünya fəhlə beynəlmiləlinin Fransa bölməsində sağ ifratçılıqda hətta “faşizmi qabaqlamağa” səsləyən neososialistlər cərəyanı formalaşdı.

1934-cü ilin fevralında dövlət çevrilişinə cəhd göstərən ifrat sağçılar Paris küçələrinə 40 mindən çox adam çıxarsalar da bu dəfə məğlub oldular. Radikal ideologiyalı təşkilatların bir çoxunun fəaliyyətinə qadağa qoyuldu. Lakin çox tezliklkə bu qüvvələr müxtəlif adlar altında yenidən öz fəaliyyətlərini bərpa etdilər. 1936-cı ildə polkovnik Fransua de Rok “Əmək, ailə, Vətən” şüarı altında “Fransa sosialist partiyası”nı (FSP) təsis etdi. Məhz bu şüar 1940-cı ildə Vişi faşist rejiminin şüarına çevrildi. Bu partiyanın üzvlərinin və fəal tərədarlarının sayı bir milyondan artıq idi.

Elə həmin ildə də açıq-aşkar faşist ideologiyalı və məramlı, hücum dəstələri olan “Fransa xalq partiyası” (PFF) yaradıldı. Maraqlıdır ki, 100 min fransızı öz sıralarında birləşdirən bu partiyanın lideri Fransa kommunist partiyasının Siyasi bürosunun üzvü Jak Dorio idi. Partiyanın təşkilatçısı və ideoloqu da onun keçmiş mələkdaşalrı olan kommunistlərin sıralarından çıxmışdılar. PFF böyük məmnuniyyətlə filosof-nasionalist Bertran de Juvenelin və iri sənayeçi Pyer Püşenin də özünə qoşulmasını adi bir hal kimi qiymətləndirirdi.

Hərbi mühəndis Ejen Delonklun təsis etdiyi “İnqilabi fəaliyyətin gizli komitəsi” qrupu açıq-aşkar terrorçuluğa, siyasi qətllərə və anti-hökumət sui-qəsdlərinə köklənmişdi. 1937-ci ildə sadalanan ifrat sağçı təşklatlar, parlamentdə təmsil olunan bir neçə sağçı partiya, mühafizəkar qruplar və ifrat sağçı liqalar “Azadlıq cəbhəsi" Koalisiyasını yaratmağa cəhd göstərsələr də, mövcud ixtilaflar və rəqabət bu ideyanı reallaşdırmağa imkan vermədi. 1940-cı ildə Fransada hakimiyyətə gəlmiş faşist Vişi rejimi dövründə isə məhz ifrat sağçıların təsisatları yeganə leqal siyasi təşkilatlar kimi fəaliyyət göstərməyə başladılar.

Vişi rejiminin cinayətləri

Diktator səlahiyyətlərinə yiyələnən marşal A.F.Peten 1940-cı ilin oktyabrında Hitlerlə şəxsi görüşündən sonra Fransanı nasistlərlə əməkdaşlıq etməyə çağırdı. Faşist Almaniyasının siyasəti məcrasında hərəkət edən Vişi rejimi yəhudilərə və qaraçılara qarşı repressiyalar həyata keçirir, girov götürülənləri güllələyir, “Müqavimət” hərəkatının üzvlərini təqib edirdi.

Faşist Almaniyasındakı “SS-in” (mühafizə dəstəsi) “Şarleman” adlı Fransız diviziyası yaradılmışdı. Bu diviziya Fransanın dövlət bayrağı və farnsız zabitlərinin rəhbərliyi altında alman qoşunlarının tərkibində Şərq cəbhəsində döyüşürdü.

Vişi rejimi əmək mükəlləfiyyəti üçün insanların zorla Alamniyaya göndrəilmsəi sahəsində də həmkarı olduğu faşistlər qarşısında əlahiddə xidməti ilə seçilib. Bunun üçün xüsusi olaraq yaradılan “Məcburi əmək xidməti”nin fəaliyyəti nəticəsində 1942-1944-cü illərdə 1,5 milyondan çox insan zorla Fransadan Almaiyaya göndərilib. Vişi faşist rejiminin siyasəti Fransanın dünyanın müxtəlif bölgələrində malik olduğu çoxsaylı müstəmləkələrə də şamil edilirid. Həmin ərazilərdəki fransız administrasiyaları zor-xoş yerli əhalini alman faşizminin xidmətinə qoyurdular.


Diktator A.F.Petenin rəhbəri olduğu Vişi faşist rejiminin törətdiyi ən ağır cinayətlərdən biri isə yəhudilərin təqib olunması və onlara qarşı əsl soyqırım törədilməsidir. Marşal Petenin təşəbbüsü ilə Vişi rejiminin nəzarəti altında olan ərazidə yəhudilərə qarşı xüsusi qanunlar tətbiq edilməyə başladı.

1940-cı il oktyabrın əvvəllərində Vişi hökumətinin qəbul etdiyi “Yəhudilər haqqında Dekret” onların azad hərəkət etmək hüquqlarını məhdudlaşdırmaqla yanaşı, vəzifə tutmalarına, peşəkar fəaliyyətlə məşğul olmalarına və ictimai obyektlərə getmələrinə də qadağa qoydu. Sonradan Fransa yəhudilərinin hüquqlarına qarşı ayrı-seçkiliklə yanaşan daha bir sıra qanunlar qəbul olundu. 1941-ci ildə yəhudi məsələsi üzrə Baş komissralıq yaradıldı. Yəhudilərin təcrid edilməsi ilə məşğul olan bu komissarlıq onların Fransadan Almaniyadakı ölüm düşərgələrinə göndərilməsi işində böyük canfəşanlıq göstərirdi. Bunun nəticəsində 1942-1944-cü illərdə həmin düşərgələrə 76 min yəhudi deportasiya olundu.


Erməni terrorçularının, etnofundamentalistlərinin və erməniçilik ideoloqlarının azərbaycanlılara, türklərə, kürdlərə və digər xalqlara qarşı törətdikləri soyqırımlar, etnik təmizləmələr və cinayətlər fransa faşizminin inikası deyilmi? Elə həmin dövrdə alman faşizminə xidmət etmiş Qaregin Njdenin fəaliyyətini xatırlatmırmı bu məqamlar? Əgər belə deyilsə, nə əcəb indiyədək Paris bir dəfə də olsun Njdeyə İrəvanda abidə qoyulmasını ən yüngül şəkildə pirsləməyib?

Köhnə əməllərin müasir əks-sədası

Bir neçə ay əvvəl yəhudiləri Fransada təmsil edən “CRIF” təşkilatının yeni prezidenti Yonatan Arfi ölkə parlametinə seçkilərdə ifrat sağçı və ifrat solçu partiyaların uğurları fonunda yəhudi icmasının “misli görünməmiş siyasi təhlükə ilə” üzləşdiyini bildirib. “Bizi narahat edən iki bloku görürük. Həm RN-in (ifrat sağçı "Milli birlik” partiyası) 89 deputatı, həm də LFİ (ifrat solçu “Tabe olmamış Fransa”) deputatlar bloku bizim üçün misilsiz siaysi təhdiddir. Milli yığıncaqda belə siyasi çəkiyə malik olan ekstremist bloklarla biz hələ indiyədək qarşılaşmamışıq” - Yonatan Arfi vurğulayıb.

CRIF-in topladığı məlumatlara əsasən, 2021-ci ildə Fransada antisemit təhqirlərinin sayı 74% artıb. Bu ilin əvvəllərində Amerika yəhudi komitəsinin sifarişi ilə keçirilən sorğuda iştirak edən yəhudi respondentlərin 73%-i, qeyri-yəhudi respondentlərin isə 64%-i Fransada antisemit əhval-ruhiyyəsinin kəskin şəkildə artdığını bildiriblər. Antisemit ab-havasının daha çox Fransa məktəblərində və universitetlərində hökm sürdüyü qeyd olunur. Belə neqativ fonda yəhudi mənşəli Fransa vətəndaşları öz dini mənsubiyyətlərini gizlətmək məcburiyyətində qaldıqlarını söyləyirlər. Rəyi soruşulan fransalı yəhudilərin 62%-inin, fransızların isə 53%-nin fikrincə, bunun təməlində İsrail dövlətinə nifrət dayanır.


Bu prizmadan yanaşdıqda çox maraqlı sual yaranır: Fransa hakimiyyətinin Azərbaycana qarşı qərəzli yanaşması həm də Azərbaycan-İsrail dostluq münasibətlərindən qaynaqlanmırmı? Beynəlxalq erməni diasporunun dünyada nüfuz uğrunda güclü yəhudi disaporu ilə uzun illərdir ki, pərdəarxası mübarizə apardığını nəzər alsaq, bu ehtimal elə də təəccüblü səslənmir.

Sadalanan faktlar fonunda bu gün olan-qalan nüfuzunu da itirməkdə davam edən Fransanın və onun bəsit düşüncəli prezidenti E.Makronun “hakimlik” sevdası ən yaxşı halda acı istehza doğura bilər. Çünki bu məqamda istər-istəməz məşhur rus ədibi və diplomatı Aleksandr Qriboyedovun “Ağıldan bəla” komediyasının baş qəhrəmanı Çaçskinin “Bəs hakimlər kimdir?” sualı yada düşür.

Sahil isgəndərov, politoloq
AzVision.az


Teqlər: Fransa  





Xəbər lenti