Ukrayna İstanbulda keçiriləcək danışıqlarda iştirak edəcək

Zelenskinin sözlərinə görə, Rusiya tərəfinin danışıqlar üçün İstanbula göndərdiyi nümayəndə heyətinin tərkibi Kremlin real dialoqa ciddi yanaşmadığını göstərir: “Rusiya nümayəndə heyətində qərar vermək səlahiyyətinə malik şəxslər yer almır. Heyətin kifayət qədər aşağı səviyyəli olmasına baxmayaraq, Prezident Trampa, Türkiyə nümayəndə heyətinin yüksək səviyyəsinə və Prezident Ərdoğana hörmət əlaməti olaraq, müharibənin başa çatdırılmasına doğru ilk addımları atmaq ümidi ilə biz İstanbula nümayəndə heyəti göndərmək qərarına gəldik”.
Zelenski bildirib ki, Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Malyuk və Silahlı Qüvvələrin Baş Qərargah rəisi Andrey Qnatov danışıqlarda iştirak etməyəcəklər. Lakin nümayəndə heyətinə müdafiə naziri rəhbərlik edəcək, baxmayaraq ki, Rusiya tərəfdən bu səviyyədə təmsilçi iştirak etməyəcək.
Prezident qeyd edib ki, bu qərar görüşün Türkiyə, ABŞ, Ukrayna və Rusiya nümayəndələrinin iştirakı ilə keçiriləcəyi nəzərə alınaraq verilib. Onun sözlərinə görə, Rustem Umerov danışıqlar heyətinin üzvü olmaqla yanaşı, türk, ingilis, rus və ukrayna dillərini sərbəst bilir.
AzVision.az
Teqlər: