Kürdəmirdə ikinci intihar hadisəsi
Bildirilir ki, intihar edən 67 yaşlı qadın Bakı şəhər Yasamal rayon sakinidir. Əslən Kürdəmirdən olan G.Qasımova rayondakı qardaşı evində bir müddət imiş ki, qonaq qalırmış.
Onun oğlunun bir neçə il əvvəl dünyasını dəyişdiyi, oğul nəvəsinin isə avtomobil qəzasında öldüyü də bildirilir. Qadının da məhz bu psixoloji sarsıntılardan sonra həyatına qəsd etdiyi güman edilir.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.
Qeyd edək ki, dünən rayonun Qağaclı kəndində də intihar hadisəsi baş verib. 37 yaşlı qadın özünü yandırıb. O, ağır vəziyyətdə Bakıya gətirilib.(lent.az)