Yaddaşı gücləndirən qidalar

Yaddaşı gücləndirən qidalar
  23 Noyabr 2022    Oxunub:1015
Balanssız və qeyri-sağlam pəhriz səbəbilə yaranan vitamin çatışmazlığı unutqanlığa yol açır. Bir çox insanın tez-tez qarşılaşdığı bu problemin qarşısı bəzi qidalar vasitəsilə alına bilər.
AzVision.az beyin və yaddaşın güclənməsi üçün faydalı olan məhsullarla bağlı məlumatları təqdim edir.
Balıq - beyin funksiyalarında Omeqa 3 əhəmiyyətli mövqe tutur. Qızılbalıq bu vitaminlə zəngin olan dəniz məhsullarından biridir. Bununla yanaşı skumbriya, hamsi, sardinya, siyənək də bu mineralla zəngin olan balıqlardandır.

Qaragilə - antioksidan maddəsi ilə zəngindir. Altsheymer və unutqanlığa qarşı faydalıdır.

Tünd şokolad - yüksək kakao və antioksidan tərkiblidir. Diqqəti artırır, yaddaşı gücləndirir.

Balqabaq - əhval-ruhiyyəni yaxşılaşdırır. Yuxusuzluq və depressiya vəziyyətində rahatlamağa kömək edir.

Çuğundur - tərkibində uzunmüddətli yaddaşı canlandırmaq üçün lazım olan polifenollar var. Altsheymer xəstəliyinin müalicəsi üçün faydalıdır. Qırmızı soğan da bura aid edilə bilər.

Kərəviz - E vitamini ilə zəngindir. Tərkibində B qrupu vitaminləri və Fol turşusu var. Yaddaşı gücləndirir.(medicina.az)


Teqlər:





Xəbər lenti