DTX Naxçıvanda həbslərə başladı: İnanılmaz rəqəmlər

 DTX Naxçıvanda həbslərə başladı:  İnanılmaz rəqəmlər
  25 Noyabr 2022    Oxunub:8504
Bakı şəhəri Səbail rayon məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə müstəntiqin Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Əsgərov Mənsur Turan oğlu barəsində vəsatətinə baxıb.
AzVision.az-ın xəbərinə görə, məhkəmə prosesdə vəkili ilə iştirak edən Mənsur Əsgərov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçildiyini elan edib.

Cinayət işi üzrə araşdırmalar Komitədə “xüsusilə külli miqdarda” mənimsəmənin üstünü açıb. Belə ki, Mənsur Əsgərov qabaqcadan əlbir olan bir qrup şəxs halında 132 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham olunur.

İttihamın mahiyyətindən görünür ki, Naxçıvan Muxtar Respublikası DGK vəzifəli şəxsləri dövlət gömrük rüsumlarının rəsmiləşdirildiyi ümumi elektron sistemdən əlavə, rəsmiləşdirilmədən idxal olunan mallara görə qeyri-rəsmi ikinci yığım sistemi yaradıblar.

Cinayət işinin gedişatı barədə əlavə xüsusatlar dəqiqləşdirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti