Sabah 33 dərəcə isti olacaq

Sabah 33 dərəcə isti olacaq
  15 May 2014    Oxunub:1094
Sabah Bakıda temperatur 33 dərəcəyədək yüksələcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın az buludlu olacağı gözlənilir. Hava əsasən yağmursuz olacaq, səhər yarımadanın bəzi yerlərində zəif duman gözlənilir.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 15-18, gündüz 28-33 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturunun gecə 15-20, gündüz 30-35, dağlarda gecə 8-13, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.


Teqlər:





Xəbər lenti