`Fitch` Azərbaycanın reytinqini yenilədi
Fondun məlumatına əsasən, tələb olunarsa, Azərbaycan Mərkəzi Bankı (AMB) AİF-in öhdəliklərini (həmçinin buraxılmış istiqraz vərəqələrinin ödənilməsini) maliyyələşdirir. Azərbaycan İpoteka Fondunun təhlili zamanı "Fitch" dövlət sektoru müəssisələri üzrə reytinq meyarlarından istifadə edir və "yuxarıdan aşağı" yanaşmanı tətbiq edərək fondun reytinqlərini suveren reytinqdən sayır.
Məlumatda deyilir: "Dövlət üçün münasib mənzilin verilməsi yüksək prioritetə malikdir. Bunu ölkə Konstitusiyasının 43-cü maddəsi sübut edir. Maddə, xüsusən, ölkədə daha yüksək keyfiyyətli şəhər evlərinə artan tələbatla bağlı sakinlərin mənzil hüququnun reallaşdırılması üzrə tədbirlərin qəbul edilməsi ehtiyacını nəzərdə tutur".
"Fitch" gözləyir ki, fond AMB-dən dəstək almaqda davam edəcək.
Agentliyin müəlliflərinin fikrincə, suveren reytinq dəyişərsə, reytinqdə də dəyişiklik olacaq.
Teqlər: