ÜDM 3.2% artıb

ÜDM 3.2% artıb
  18 May 2014    Oxunub:1134
Cari ilin yanvar-aprel aylarında ölkədə istehsal edilmiş ümumi daxili məhsulun (ÜDM) həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,2 faiz artaraq 18,2 milyard manat olub.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu dövrdə ÜDM-in 11,1 faizi tikintidə, 8,5 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində, 6 faizi nəqliyyat və anbar təsərrüfatında və digər xidmətlər sahəsində istehsal olunub. Məhsula və idxala xalis vergilər ÜDM-in 7,2 faizini təşkil edib.

İqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş ÜDM-in həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 9 faiz, o cümlədən qeyri-neft-qaz sənayesində 3,9 faiz, tikintidə 21,5 faiz, ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində 9,1 faiz, nəqliyyat və anbar təsərrüfatında 6,1 faiz və digər xidmət sahələrində 3 faiz artıb.


Teqlər:





Xəbər lenti