Yeni rektordan mühüm yenilik
ADİU-da ilk dəfə reallaşdırılacaq yeniliyin məqsədi qiyabi təhsilin keyfiyyətini artırmaq, şəffaflığı təmin etmək, idarəetməni təkmilləşdirməkdir.
Bu dəyişiklik bütün ixtisaslar üzrə qiyabi təhsilin tədris plan və proqramlarının vahid mərkəzdən idarə edilməsini təmin edəcək.
Qeyd edilib ki, bu günə qədər ADİU-da qiyabi təhsil fakültələrin nəzdində tədris olunurdu. Nəticədə qiyabi təhsilin səmərəliliyinə kifayət qədər diqqət ayrılmırdı. Bundan sonra qiyabi təhsil alan bakalavrlar təhsillərini Distant və əlavə təhsil mərkəzində davam etdirəcəklər.
Hazırda ADİU-da 3 minədək tələbə qiyabi təhsil alır.
Teqlər: