NATO-Gürcüstan arasında Rusiya amili

NATO-Gürcüstan arasında Rusiya amili
  11 Aprel 2013    Oxunub:1352
Serqey Lavrov: NATO Gürcüstanın qəbulu məsələsini Moskvaya görə təxirə salmayıb
Rəsmi Moskva hesab edir ki, NATO-nun Gürcüstanı sıralarına qəbul etməməsinin səbəbi Rusiya deyil. Rusiyanın xarici işlər naziri Serqey Lavrov belə deyib.

“Düşünmürəm ki, NATO sırf Rusiyaya jest etmək məqsədilə Gürcüstanın üzvlük barədə müraciətini cavabsız qoyub” deyə Lavrov RTVİ telekanalına müsahibəsində bildirib.

Nazir bildirib ki, “Gürcüstan NATO-nun üzvlük standartlarına cavab vermir”.

“Hər şeydən əvvəl bu qanun aliliyi ilə bağlıdır. Demokratiyanın mahiyyətini məhz natoçular kimi dərk etmək lazımdır. Belə bir anlayış kifayət qədər universaldır”- deyə xarici işlər naziri sözlərinə əlavə edib.

AzVision.az


Teqlər:





Xəbər lenti