Xoşqədəm Hidayətqızı:`İcra varsa, mən kiməm`

Xoşqədəm Hidayətqızı:`İcra varsa, mən kiməm`
  22 May 2014    Oxunub:3574
Tanınmış teleaparıcı Xoşqədəm Hidayətqızının guya Saray qəsəbəsində qonşusu Xəqani Hüseynovun evini sökdürməsiylə bağlı xəbərə açıqlama verdi.

Hazırda xarici ölkədə çəkilişdə olan Xoşqədəm Hidayətqızı adının mətbuatda hallanmasına sərt cavab verdi: "Bütün bu işlər Abşeron rayon icra hakimiyyətinin səlahiyyətlərinə daxil olan məsələdir və bu işin mənim adımla hallandırılmasını başa düşmürəm. Qanun şahdır, icra hakimiyyəti varsa, mən kiməm".

Aldığımız məlumata görə, özünü Xoşqədəm Hidayətqızının qonşusu hesab edən şəxs torpaq alqı-satqısı ilə məşğuldur. İcra hakimiyyəti Xırdalanda da onun tikintisini söküb. Deməli, belə çıxır ki, bu şəxsin İcra hakimiyyətilə öz nifaqı var.

Qarşı tərəfindən də fikirlərini dərc etməyə hazırıq.

Qeyd edək ki, Saray qəsəbəsinin Mir Cəlal Paşayev küçəsinin sakini Xəqani Hüseynov bildirib ki, yaxınlıqdan villa alan teleaparıcı ona torpaq sahəsini satmağı təklif edib. X.Hüseynov bu təklifi qəbul etməyəndən sonra isə evini söküblər.

Abşeron rayon icra hakimiyyəti isə verdiyi açıqlamada deyib ki, ev tikinti qaydalarına uyğun gəlmədiyinə görə sökülüb.(anspress)


Teqlər:  





Xəbər lenti