Böyük Britaniya Antarktidada pinqvin sayan işçi axtarır

 Böyük Britaniya Antarktidada  pinqvin sayan işçi axtarır
  15 Mart 2023    Oxunub:2174
Böyük Britaniyada maraqlı iş elanı verilib. AzVision.az xəbər verir ki, iş ölkədən 14 min kilometr məsafədə yerləşən Antarktidanın Qudye adasındadır.
Belə ki, işə qəbul olunacaq 5 nəfər şəxs beş ay ərzində hər gün pinqvinləri sayacaq. “Kronen Zeitung” qəzetinin yazdığına görə, onlar ərazidəki mağazanın və poçt şöbəsinin fəaliyyətini də təmin edəcəklər.

İşlə bağlı müraciətlər martın 26-dək Böyük Britaniyanın UK Antarctic Heritage Trust (UKAHT) təşkilatına təqdim edilməlidir. Təşkilatın elanında deyilir ki, müraciət edənlər sağlam və ətraf mühitə qarşı qayğılı davranmalıdırlar.

UKAHT rəhbəri Kamil Nikolun sözlərinə görə, Qudye adasındakı iş yerləri inanılmaz dərəcədə populyardır. "Biz insanların heyran olacağı və heyrət doğuraq bir mənzərədə yaşaması üçün bənzərsiz bir təklif verməkdən məmnunuq" , - o qeyd edib.

Vakansiyaların 2023-cü ilin noyabrından 2024-cü ilin martına qədər, yəni Antarktidada yay dövründə dolacağı gözlənilir. Bu zaman temperatur orta hesabla sıfırdan bir qədər yuxarı qalxır.

Tural Tağıyev
AzVision.az



Teqlər: Pinqvin   Böyük-Britaniya  





Xəbər lenti