Prezident Neft Fondunun büdcəsinin icrasını təsdiqlədi
23 May 2014
Oxunub:1042
Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2013-cü il büdcəsinin icrası haqqında sərəncam imzalayıb.
ARDNF-in 2013-cü il büdcəsinin icrası, gəlirlər 13 600 400,1 min manat, xərclər 12 302 663,5 min manat və ya Fondun 2013-cü il büdcəsində nəzərdə tutulana nisbətən gəlirlər üzrə 118,5%, xərclər üzrə 94,5% səviyyəsində olmaqla təsdiq edilib.