İş adamına yüksək vəzifə verildi
Bu barədə Azərbaycan Sambo Federasiyası” İctimai Birliyinin İcraiyyə Komitəsinin xüsusi iclasında qərar qəbul olunub.
Federasiyanın prezidenti Ceyhun Məmmədov Səbuhi Rəcəbi federasiyanın nümayəndələrinə təqdim edib.
Qeyd edək ki, Səbuhi Rəcəb Vaqif oğlu 1982 –ci il oktyabrın 20-də Bakı şəhərində doğulub. İxtisasca hüquqşünasdır. Uzun müddət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində çalışıb. 2010-cu ildən sahibkarlıq fəaliyyəti ilə məşğuldur. 2013-cu ildə “12 MAY” MMC-ni təsis edib. Ailəlidir, dörd övladı var.
Fatimə Kərimli